Benzema ilə bağlı sərt qərar: Məşqlərdən uzaqlaşdırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Benzema ilə bağlı sərt qərar: Məşqlərdən uzaqlaşdırıldı 

İdman

14 Yanvar 2024 10:43 927


"Əl-İttihad"ın (Səudiyyə Ərəbistanı) hücumçusu Kərim Benzema baş məşqçi Marselo Qalardonun qərarı ilə komanda ilə məşqlərdən uzaqlaşdırılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Benzema komanda ilə birgə təlim-məşq bazasına gəlməli olsa da, bunu etməyib. Buna görə də klubun baş məşqçisi fransalı oyunçunu komanda ilə məşqdən uzaqlaşdırmaq və klubun mövsümün bərpasına hazırlaşacağı Dubaya aparmamaq qərarına gəlib. 

Bu mövsüm Kərim Benzema bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 5 qolun ötürməsini verib. 36 yaşlı futbolçunun "Əl-İttihad"la müqaviləsi 2026-cı ilə qədərdir.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!