Benzema ilə yola getməyən baş məşqçi qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Benzema ilə yola getməyən baş məşqçi qovuldu

İdman

08 Noyabr 2023 11:37 947


Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi Nuno Espirito Santo ilə yollarını ayırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqaviləyə xitam verilib.

The Alteletic"in yaydığı xəbər görə, Espiritonun qovulmasına səbəb təkcə komandanın uğursuz çıxışları deyil. Kapitan Kərim Benzema ilə münaqişə yaşayan mütəxəssis buna görə komandadan göndərilib.  pizza hut

Mənbənin məlumatına görə, "Əl-İttihad" Asiya Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Əl-Quva”ya (İraq) uduzduqdan sonra Espirito ilə Benzema arasında mübahisə olub. Hətta onlar bir-birinə qarşı təhqiramiz ifadələr işlədiblər.

Benzemanın nüfuzunu daha üstün tutan klub rəhbərliyi həm bu durumu, həm də komandanən uğursuz çıxışlarını nəzərə alaraq baş məşqi ilə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, 49 yaşlı Nuno Espiritio  2022-ci ilin iyulundan “Əl-İttihad”ı çalışdırırdı. O, komandası ilə o, Səudiyyə Ərəbistanı çempionu (2022/2023) və ölkə superkubokunun qalibi (2023) olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!