"Əl-İttihad"ın (Səudiyyə Ərəbistanı) hücumçusu Kərim Benzema karyerasını bitirəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 36 yaşlı forvard həmin xəbərləri təkzib edib:
“Bu hekayələr həqiqətə uyğun deyil. Sadəcə cəfəngiyyatdır. Özümü yaxşı hiss edirəm və daha uzun illər oynaya bilərəm”. Sezar pizza
Xatırladaq ki, mətbuatda futbolçunun cari mövsümün sonunda karyerasını bitirmək istədiyi yazılmışdı.
Benzema 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad"a klubuna keçib. Bu mövsüm o, bütün turnirlərdə 11 matça çıxıb, 10 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Telegram kanalımız