Benzemaya görə baş məşqçini istefaya göndərdilər 

saytların hazırlanması

Evə çatdırılma

Benzemaya görə baş məşqçini istefaya göndərdilər 

İdman

22 İyun 2024 11:30 643


"Əl-İttihad" baş məşqçisi Marselo Qalyardonu istefaya göndərib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun prezidenti Louai Nazer danışıb. 

O, bildirib ki, mütəxəssis hücumçu Kərim Benzema ilə münaqişəsi səbəbindən istefaya göndərilib:  Sezar pizza

“Qalyardo Benzemanın uzaqlaşdırılmasını tələb etməklə ciddi səhv etdi. Bu qəbuledilməzdir. Kərim Səudiyyə Ərəbistanı layihəsinin və klubun mühüm hissəsidir. Artıq iki və ya üç əvəzetmə variantımız var. 

Əsas hədəflərimdən biri yay transferlərinin əksəriyyətini “Əl-İttihad”ın mövsümöncəsi məşqinə qədər, iyulun 12-nə qədər tamamlamaqdır”. 

36 yaşlı Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad"a keçib. Bu mövsüm o, bütün yarışlarda 29 matça çıxıb, 13 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!