Benzia “Qarabağ”dan ayrılır? 

saytların hazırlanması

Evə çatdırılma

Benzia “Qarabağ”dan ayrılır? 

İdman

09 May 2024 16:49 1242


“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb. 

QOL.az xəbər verir ki, bu barədə Əlcəzairin “Fennec Football” portalı məlumat yayıb.

İddiaya görə, 29 yaşlı futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır: onun ilk klubu, yetirməsi olduğu “Lion” və “Nitsa”. Pepperoni pizza

Buna baxmayaraq, “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia klubunu dəyişməyi təxirə salmaq qərarına gəlib. O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Benzianın sözügedən görüşlər üçün milliyə çağırılacağı gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!