Benzin bahalaşdı, gediş haqqı pulsuz oldu   – Bu ölkədə nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Benzin bahalaşdı, gediş haqqı pulsuz oldu – Bu ölkədə nə baş verir?

Dünya

30 Mart 2026 22:10 8459


Avstraliyada yanacaq böhranı fonunda diqqətçəkən qərar qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, bəzi ştatlar əhalinin artan xərclərini azaltmaq üçün ictimai nəqliyyatda ödənişi müvəqqəti olaraq ləğv edib.

Məlumata görə, Viktoriya ştatında aprel ayı ərzində bütün ictimai nəqliyyat vasitələri – avtobus, qatar və tramvaylar pulsuz olacaq. Eyni addımı Tasmaniya da atıb və burada bu güzəşt martın sonundan iyunun sonuna qədər qüvvədə qalacaq. Sezar pizza

Bununla yanaşı, ölkənin digər böyük ştatları – Yeni Cənubi Uels, Kvinslend, Cənubi və Qərbi Avstraliya bu təşəbbüsə qoşulmayıb. Rəsmilər bildirir ki, böhranın uzun çəkəcəyi gözlənilir və pulsuz nəqliyyat qərarı büdcəyə ciddi yük yarada bilər.

Alternativ olaraq, bəzi ştatlar daha ucuz tariflər, sosial güzəştlər və yanacaq qiymətlərinin tənzimlənməsi kimi tədbirlərə üstünlük verir.\\Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!