Beqoviç “Qarabağ”da qalır - İngiltərədən şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Beqoviç “Qarabağ”da qalır - İngiltərədən şad xəbər

İdman

08 Yanvar 2020 08:40 875


İcarə əsasında mövsümün ilk yarısını “Qarabağ”da keçirən “Bornmut"un qapıçısı Asmir Beqoviç mövsüm sonuna kimi burada qala bilər.

“Yeni Sabah” Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bosniyalı qolkiper üçün yerli klublardan göndərdikləri təklifləri rədd edib.

Təcrübəli əlcək sahibi ilə “Vest Hem” maraqlanırdı. Lakin onun təklifi geri çevirilib. Buna səbəb "Bornmut"un mübarizədə əsas rəqiblərindən olan "Vest Hem"i gücləndirmək istəməməsidir. Sezar pizza

Qeyd edilib ki, belə olan halda Beqoviç mövsüm sonuna kimi “Qarabağ”da qala bilər. Ağdam təmsilçisi də 32 yaşlı futbolçunun xidmətlərində maraqlıdır və onu buraxmaq niyyətində deyil. Belə olan halda Beqoviçin Ağdam klubunda qalması ilə bağlı yenidən danışıqlara başlanılacağı gözlənilir. Baxmayaraq ki, İngiltərə təmsilçisi bir müddət öncə, futbolçunu yenidən icarəyə vermək istəmirdi, ancaq görünür ki, “Qarabağ”ın yeni təklifi onları qane edib.

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!