"Qarabağ"ın sabiq futbolçusu Asmir Beqoviç ölkəsinin mətbuatına açıqlama verib.
"Yeni Sabah" xəbər verir ki, bosniyalı qolkiper "Qarabağ"dakı günlərini xatırlayıb. Təcrübəli əlcək sahibi Ağdam klubundakı çıxışının ona "Milan"dakı performansı üçün önəmli olduğunu vurğulayıb:
"Qarabağ"da hər şey yüksək səviyyədə idi. Vəziyyət əla idi. Bir çox oyunlarda meydana çıxdığım üçün indi burada yüksək səviyyəli matçlara hazırlaşmaq elə də çətin olmur".
Qeyd edək ki, Beqoviç cari mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib. Telegram kanalımız