Bərabər yaşadığı qadını döyən jurnalist saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bərabər yaşadığı qadını döyən jurnalist saxlanıldı

Kriminal

28 May 2020 15:11 877


Şirvan Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızının şikayəti əsasında əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunu saxlayıb. 

Yenisabah.az APA-ya istinadən bildirir ki, şikayətində 26 may saat 13.00 radələrində M. Nağıyevin qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib. Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb. 

Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nigahda yaşayıb.  pizza mizza

Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur. 

Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələr üzərindən geniş yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!