Bərdə bazarında dəhşətli yanğın başlayıb - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bərdə bazarında dəhşətli yanğın başlayıb - Fotolar

Hadisə

26 May 2021 08:02 839


Bərdədə güclü yanğın hadisəsi başlayıb. Hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. /Report Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!