Bərdə sakini 30 yaşlı həmkəndlisini qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdə sakini 30 yaşlı həmkəndlisini qətlə yetirdi

Kriminal

27 İyul 2021 09:40 900


İyulun 27-i saat 2 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Sezar pizza

Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!