Bərdə sakini həmkəndlisini güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdə sakini həmkəndlisini güllələdi

Kriminal

13 Dekabr 2021 15:21 667


Bərdə sakini həmkəndlisini ov tüfəngindən atəş açaraq yaralayıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) dekabrın 11-də Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub. pizza mizza

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində C.Məmmədov könüllü olaraq RPŞ-nə gəlib və hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil verib.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!