Bərdə sakinindən 8 kq narkotik götürüldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bərdə sakinindən 8 kq narkotik götürüldü - Foto

Kriminal

10 Dekabr 2020 13:05 814


Bərdə sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq Qərb Regional Şöbəyə gətirilib. Şöbədə onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə ümumi çəkisi 14.97 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N. Qasımova məxsus “VAZ 21013”  markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərk götürülüb. Dominos pizza

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!