Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlanılıb

Hadisə

29 Oktyabr 2020 12:14 894


Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) oktyabrın 28-də işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumu ilə bağlı Tramp administrasiyasını, media şəbəkələrini, tanınmış rəsmi şəxsləri və ictimai xadimləri məlumatlandırmaq üçün məktub kampaniyasına başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, məktubda qeyd edilir ki, raket hücumu nəticəsində 21 nəfər həlak olub, 60-dan çox şəxs yaralanıb, xeyli sayda yaşayış ərazilərinə, mülki obyektlərə ciddi ziyan dəyib.

“Ermənistan Respublikasının ərazisindən edilən raket hücumunun şəxsən Ermənistanın Müdafiə naziri David Tanoyanın sifarişi ilə edildiyi bildirilir. Döyüş meydanında Azərbaycan ordusuna uduzan Ermənistan, Azərbaycanın çevik cavab tədbirlərinə davam gətirə bilməyərək genişmiqyaslı regional müharibəyə başlamaq qərarı verib. Dominos pizza

Sizdən xahiş edirik ki, bu qısa məktubu seçilmiş rəsmilərə, Tramp administrasiyasına və media şəbəkələrinə göndərməklə onları Ermənistanın təcavüzkar hərəkətləri və beynəlxalq hüququ pozması ilə bağlı məlumatlandırasınız”, - deyə məktubda bildirilir.

Məktub bu linkdə: https://www.votervoice.net/AZERI/Campaigns/77936/Respond


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!