Bərdədə avtomobil piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə avtomobil piyadanı vurdu

Hadisə

02 Oktyabr 2023 21:26 630


Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

02-BL-320 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub. Dominos pizza

İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü və piyada müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!