Bərdədə canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb - FOTOlar

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb - FOTOlar

Hadisə

31 Mart 2024 07:38 254


Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub.

APA xəbər verir ki, hadisə rayonunun Tumaslı kəndində, Rza Hüseynova məxsus təsərrüfatda baş verib. Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb, 30-nu isə yaralayıb.

Rayon Baytarlıq İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb. Toyuqlu pizza

Təsərrüfat sahibi bildirib ki, baş verən hadisə zamanı ona 10 min manata yaxın ziyan dəyib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!