Bərdədə ölümlə nəticələnən yol qəzası olub.
"Report"un Qarabağ Bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Əyricə kəndi ərazisində baş verib.
Belə ki, “VAZ 2107” markalı avtomobillə “Ford Fusion” markalı minik avtomobili toqquşub. Marqarita pizza
Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Eldəniz Məmmədov dünyasını dəyişib, daha iki nəfər yaralanıb.
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Telegram kanalımız