Bərdədə mal əti adı ilə at ətinin satışının qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə mal əti adı ilə at ətinin satışının qarşısı alındı

Sosial

21 Noyabr 2025 15:09 398


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və DİN-in Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kiloqram sümükdən ayrılmış at əti aşkarlayıb.

"Yeni Sabah" xəbər verir ki, yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!