Bərdədə oğurluq edən narkomanlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə oğurluq edən narkomanlar tutuldu

Kriminal

17 Yanvar 2022 10:11 835


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən şəxslər müəyyən edilib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə silsilə şəkildə oğurluqlar törədən rayon sakinləri Mübariz Bayramov, Tural Hümbətov və Ruslan Şəmilov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin müxtəlif vaxtlarda elektrik naqilləri, avtomobil ehtiyat hissələri, məişət əşyaları və s. oğurlayaraq vətəndaşlara maddi ziyan vurduqları aşkar edilib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Fərhad Səlimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. pizza mizza

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!