Bərdədə ölənlərin sayı 14-ə çatdı, 40-dan çox şəxs yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə ölənlərin sayı 14-ə çatdı, 40-dan çox şəxs yaralanıb

Kriminal

28 Oktyabr 2020 14:53 1015


Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Yenisabah.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!