Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, rayonun Mustafaağalı kəndi ərazisində kənd sakini M. İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Qubad Bayramovu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. pizza hut
Telegram kanalımız