Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edildi - Foto

Hadisə

26 Mart 2023 09:10 802


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə "Kalaşnikov" pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub.

Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "PK" markalı pulemyot, həmin silaha məxsus 7,62 çaplı 98 ədəd patron və 1 ədəd patron lenti aşkar edilərək götürülüb. Sezar pizza

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!