Bərdədə qəza: Xeyli xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə qəza: Xeyli xəsarət alan var

Hadisə

21 Mart 2024 16:35 851


Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

“09-BT-866” dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış 2 minik avtomobilini və 3 nəfəri vurub. Marqarita pizza

Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər, 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!