Bərdədə ticarət obyektlərində yanğın baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə ticarət obyektlərində yanğın baş verdi

Hadisə

19 Dekabr 2021 09:53 514


Bərdə şəhərində ümumi sahəsi 500 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələrinin satışı mağazası, ərzaq və ayaqqabı mağazası) ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 126 m² sahədə yanıb.

Bu barədə Yenisabah.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yüksək temperaturdan ayaqqabı mağazasının lambirindən ibarət tavanı 24 m² sahədə əriyib. Marqarita pizza

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!