Xəbər verdiyimiz kimi, Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, zəhərlənməyə səbəb dəm qazı olub.
"23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub. pizza mizza
Onların hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir" - deyə məlumat verilib.
Telegram kanalımız