Berdıməhəmmədov döş nişanı ilə təltif edildi

saytların hazırlanması

Evə çatdırılma

Berdıməhəmmədov döş nişanı ilə təltif edildi

Rəsmi

19 Fevral 2022 09:46 1021


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Türkmənistanın bacarıqlı diplomatı” döş nişanı ilə təltif edilib.

Yenisabah.az hökumətin rusdilli “Neytral Türkmənistan” qəzetinə istinadla xəbər verir ki, bu qərarı Türkmənistan parlamentinin aşağı palatası olan Məclis qəbul edib.

Sənədə əsasən, Xalq Məsləhətinin (parlamentin yuxarı palatası) sədri vəzifəsini də icra edən prezident Türkmənistanın müstəqilliyinin və neytrallığının möhkəmləndirilməsində, sülhsevər xarici siyasətdə, dövlət maraqlarının qorunmasında və s. ölkənin diplomatik işçiləri gününün (18 fevral qeyd olunur) şərəfinə təltif olunub. Pepperoni pizza

Türkmənistan prezidenti bir həftə əvvəl demişdi ki, gənc liderlər üçün dövlət idarəçiliyinə yolların açılmasının zəruriliyi fikrini dəstəkləyir. O, “Xalq Məsləhətininn sədri kimi həyat və siyasi təcrübəsindən istifadə etmək” niyyətini açıqlayıb.

Ertəsi gün Türkmənistanda növbədənkənar prezident seçkiləri martın 12-nə təyin edilib.

Hazırda namizədlər qeydə alınır, ilk olaraq dövlət başçısının oğlu, baş nazirin müavini Sərdar Berdıməhəmmədov qeydə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!