Berlində polislə qarşıdurma: 240 nümayişçi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Berlində polislə qarşıdurma: 240 nümayişçi saxlanıldı

Dünya

02 May 2021 20:51 689


Almaniyanın paytaxtı Berlində 1 May nümayişlərində iştirak edən 240 nəfər saxlanılıb, ən azı 30 polis yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə RBB telekanalı yerli polisə istinadla məlumat yayıb. Berlində keçirilən aksiyalarda təxminən 30 min nəfər iştirak edib. Nümayişlər əvvəlcə dinc şəraitdə keçsə də, axşam saatlarında polislə qarşıdurma başlayıb.

Beləliklə, aksiya iştirakçıları Neuköln bölgəsində polislərə daş, pirotexnika və şüşə butulkalar atıblar. Əraziyə cəlb olunan polislər nümayişçilərə qarşı gözyaşardıcı qazdan istinadə edib. pizza sifarişi

Ümumilikdə şəhərdə təhlükəsizliyin təmin olunmasına beş mindən çox polis cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!