Beş ay əvvəl müharibədə həlak olan azərbaycanlıların meyitləri tapıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Beş ay əvvəl müharibədə həlak olan azərbaycanlıların meyitləri tapıldı - Fotolar

Hadisə

05 Aprel 2025 16:55 975


Rusiya-Ukrayna müharibəsində beş ay əvvəl həlak olan iki azərbaycanəsilli şəxsin meyitləri tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Lent.az-a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.

Bildirilib ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Şair Zahid oğlu Səmədov hazırda müharibənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjanski rayonunda həyatını itirib. Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib. pizza

Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, iki uşaq atasıdır. Orta məktəbi bitirəndən sonra ailəsi ilə birgə Moskva vilayətinin İstra şəhərinə köçüb. Həmyerlimizin nəşi doğulduğu kənddə torpağa tapşırılacaq.

Həmçinin Şair Səmədovla yanaşı, Ruslan Loğman oğlu Həsənov da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.

Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra "Şücaət" ordeni ilə təltif edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!