Beş boksçumuzun beşi də bir gündə uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Beş boksçumuzun beşi də bir gündə uduzdu

İdman

24 Aprel 2024 12:03 687


Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının (15 aprel - 29 aprel) 6-cı günü Azərbaycan boksçuları üçün uğursuz olub.

Dünən 1/4 final mərhələsində rinqdə çıxan 5 qadın boksçusumuzun hamısı məğlub olub. Beləliklə, onlar Avropa çempionatını medalsız başa vurublar. 

Yenisabah.az yarışın saytına istinadən xəbər verir ki, həmin boksçuların iştirakı ilə keçirilən döyüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: Dördpendirli pizza

48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan) - 0:5

50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya) 1:4

52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan) - 0:5

57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan) - 0:5

66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya) - 0:5

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatına ümumən 18 boksçu ilə yollanıb. Onlardan 11-i çıxışını başa vurub. Hələlik yalnız kişi boksçusu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!