Beş il əvvəl Zəngilanın sükutu qırıldı

saytların hazırlanması

Evə çatdırılma

Beş il əvvəl Zəngilanın sükutu qırıldı

Siyasət

20 Oktyabr 2025 13:30 1927


Beş il əvvəl Zəngilanın sükutu qırıldı, torpaq azad nəfəs aldı.

İllərlə həsrətini çəkdiyimiz o dağlar, o çaylar, o yollar – bir gün birdən-birə “Mən azadam!” deyə səsləndi.

O gün təkcə bir şəhər yox, bir xalq öz inamını geri aldı... Dördpendirli pizza

Hər bir azərbaycanlının ürəyindəki Zəngilan o gün dirildi – şəhidlərin duası, anaların göz yaşları, əsgərlərin nidası ilə...

Beş il ötüb, amma həmin qələbə anı hələ də ucalardadır: havadadır, torpaqdadır, bayraqdadır!..

Zəngilan indi təkcə bir coğrafiya deyil – o, qürurun bərpa olunmuş ünvanıdır.

Bu torpaq bu gün yenidən canlanır – yollar çəkilir, evlər ucalır, həyat qayıdır...

Böyük Qayıdışın addım səsləri Zəngilan küçələrində eşidilir, torpağın nəfəsi ilə qarışır.

Bizə bu fəxri yaşadanlara – igidlərimizə, şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandanımıza, o Zəfəri yazanlara minnətdarıq!

Beş il azadlıq, beş il qürur, beş il Zəfər!

İmamverdi İsmayılov,

Milli Məclisin deputatı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!