Beş nəfər həlak oldu, toy yasa çevrildi: Bəyin bacısının da öldüyü hadisənin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

Beş nəfər həlak oldu, toy yasa çevrildi: Bəyin bacısının da öldüyü hadisənin təfərrüatı

Hadisə

25 Sentyabr 2024 21:33 963


Sentyabrın 24-də Ağcəbədidən Cəlilabadın Göytəpə qəsəbəsinə gəlin gətirən toy karvanında olan VAZ -2110 markalı avtomobillə yük maşınının toqquşması nəticəsində baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

Belə ki, hadisədə minik avtomobilinin sürücüsü Pərviz Hüseynov və sərnişinlər - Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişiblər.

Qəzada ölənlər yaxın qohumdurlar və onların arasında bəyin bacısı və yeznəsi də var. pizza mizza

"5 nəfərin hamısı qohumdur. Toy da təxirə salındı. Ölən şəxslərin yas mərasimləri keçirilir. Böyük faciədir", - ölən sürücünün dayısı Pərviz Hüseynov Baku TV-yə açıqlamasında deyib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!