Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayıb.
"Yeni Sabah" xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri iştirak edirlər.
Toplantıda təşkilat çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunur. Toyuqlu pizza
Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Onun əsas məqsədi üzv ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat 2009-cu il oktybarın 3-də Naxçıvan şəhərində yaradılıb. Hazırda şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. /Report
Telegram kanalımız