“Beş üzlü məxluqlar...” - Elton “od püskürdü”

saytların hazırlanması

Evə çatdırılma

“Beş üzlü məxluqlar...” - Elton “od püskürdü”

Şou

08 Yanvar 2020 12:59 1194


Bir neçə gün öncə Əməkdar artist Xumar Qədimovanın kilsə  paylaşımı böyük səs-küyə səbəb olmuşdu. Şamlar əhatəsində başına ağ-qara zolaqlı şal bağlayaraq, dua edən sənətçinin  bu addımı  izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

“Yeni Sabah” xəbər verir ki, müğənni Elton Hüseynəliyev həmkarının kilsəyə getməsini tənqid edənlərə cavab verib. İfaçı X.Qədimovanın bəziləri kimi süni olmadığını, yazılanların ona qarşı haqsızlıq olduğunu bildirib:   

“Dünən bir neçə saytda oxudum ki, Xumar xanım kilsədə şam yandırıb, dua edib, şəkil çəkdirdiyinə görə bir çox insan tərəfindən tənqid edilib. Demək istəyirəm ki, əgər Xumar xanım bəziləri kimi süni insan olsaydı, insanlara xoş gəlsin deyə gedib məsciddə şəkil çəkdirirərdi… Mən məsciddə dua edə bilərəm, amma bu o demək deyil ki, bağışlanmış müqəddəs insanam. Hamımızın günahı var, amma haqsız danışmaq olmaz!  Dominos pizza

15 ilə yaxındır ki, biz dostuq və kaş hamı Xumar xanım kimi olardı. İnsan gərək olduğu kimi görünsün, özü, sözü, nəfəsi təbii olsun. Beş üzlü məxluqlar, onsuz da çoxdur, amma dünyada ikinci Xumar yaşamır. Xumar Azərbaycan xanımı və sənətkardır. O kiməsə xoş, yaxud naxoş olmaq üçün yox, öz ruhu, duyğuları ilə, sənəti, xanımlığı ilə yaşayan insandır. İnsanları tanımadan, bilmədən haqqında mənfi nəsə söyləmək düz deyil. Sevmyə bilərsən, amma qınamaq heç kimin haqqı deyil. Onu da bilin ki, kilsə də Allahın evidir. Heç kim özünü alim hiss etməsin, insan olaq, yetər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!