Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin...”

saytların hazırlanması

Evə çatdırılma

Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin...”

Dünya

23 Sentyabr 2021 02:04 1245


Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikitərəfli görüş üçün Suriyaya dəvət edib.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə CHP-dən olan keçmiş deputat Barış Yarkadaş çıxış edib.

Türkiyə hökumətin Suriya ilə bağlı atdığı hər addımını tənqid edən Kamal Kılıçdaroğlu Bəşər Əsəddən görüş təklifi alıb. Beləliklə, Kılıçdaroğlunun Ankaraya Dəməşqlə yenidən danışıqlar aparmaq çağırışına Bəşər Əsəd cavab verib. pizza mizza

Suriya lideri CHP sədrini ikitərəfli görüş üçün Dəməşqə dəvət edib.

Hələlik CHP-dən iddiaya cavab verilməyib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!