“Beşiktaş”da Sərgən şoku - Baş məşqçi komandanı yalnız buraxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Beşiktaş”da Sərgən şoku - Baş məşqçi komandanı yalnız buraxacaq

İdman

29 Yanvar 2020 09:54 1051


Türkiyənin “Beşiktaş” klubu baş məşqçi postuna yeni təyin edilmiş Sərgən Yalçının keçidini rəsmiləşdirə bilmir.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin illik maliyyə limitini keçməsidir. 2019-cu ildə Abdullah Avcı ilə 3 illik müqavilə imzalayan, bu ilin əvvəlində isə onu göndərən “ağ-qaralar”ın hazırda  56 yaşlı mütəxəssisə ödəməli olduğu borcu var. Poblemin həll olunması üçün “qaratallar” heyətindəki hansısa futbolçunu satmalıdır. Yalnız illik xərcləmə limitə uyğun gəldikdən sonra klub S.Yalçının keçidini rəsmi olaraq açıqlaya bilər. 

Keçid rəsmiləşmədiyi üçün baş məşqçi komandanın bugünkü məşqində də iştirak edə bilməyəcək. Sezar pizza

Qeyd edək ki, 47 yaşlı çalışdırıcı ilə 1.5 illik müqavilə imzalanıb. Onun son klubu “Yeni Malatyaspor” olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!