"Azərbaycan klublarının bu mərhələdəki rəqiblərini şişirtməyə dəyməz. Hər biri ortababdan da aşağı komandalarıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı deyib.
O qeyd edib ki, bu gün Farer adalarının “Ki Klaksvik” komandası Çempionlar Liqasının 3-cü mərhələsində Norveç çempionu “Molde”yə qalib gəlirsə, “Neftçi”nin “Beşiktaş”a qalib gəlməsi də mümkündür: “Beşiktaş” Bakıya olduqca rahat gəlib. Yəni özlərindən xeyli razıdırlar. “Neftçi”nin futbolçuları düzgün təlimatlandırılsa, onları Bakıda asanlıqla məğlub etmək olar. pizza mizza
Heç “Sabah”ın da rəqibini şişirtməyə dəyməz. “Partizan” Serbiyada nəhəng klubdur, amma avrokuboklarda adidən də adi komandadır. “Sabah” Partizan”a qalib gəlsə, böyüyəcək, gəlməsə...”
Mütəxəssis əlavə edib ki, “Qarabağ”ın da rəqibi ortababdır:
“Baxmayaraq ki, “HJK” 2 il əvvəl “Neftçi”yə asanlıqla qalib gəlmişdi. Amma məncə, “köhlən atlar” onları rahatlıqla məğlub edəcəklər”.
3 oyunun bir gündə eyni şəhərdə keçirilməsinə münasibət bildirən həmsöhbətimiz bunun təqsirini UEFA-da görüb:
“Bakıda 1 gündə 3 oyunun keçirilməsi UEFA-nın qeyri-peşəkarlığına, ikili standartlarına bağlamaq lazımdır. UEFA İstanbulda bir gündə 2 oyunun keçirilməsini istəmir, amma Bakıya 3 oyun salır. Korrupsiya içində boğulan bir qurum üçün məqbul qərardır. UEFA həmişə ikili standartlarla fəaliyyət göstərib, yenə də eyni ampluadadır. Bu təşkilatda hər il korrupsiya əməliyyatı keçirilsə də, situasiya dəyişməyəcək. Çünki böyük ölkələrin, nəhəng klubların təzyiqi altında qərarlar verirlər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız