“Beşiktaş”ın direktoru “Qarabağ”ın oyunçusuna görə Almaniyaya gedir 

saytların hazırlanması

Evə çatdırılma

“Beşiktaş”ın direktoru “Qarabağ”ın oyunçusuna görə Almaniyaya gedir 

İdman

11 Mart 2024 11:53 960


"Beşiktaş"ın idman direktoru Samet Aybaba Avropa Liqasının 1/8 finalının "Bayer" - "Qarabağ" cavab oyununu stadiondan izləyəcək. 

QOL.az xəbər verir ki, bu barədə Türkiyənin "Fotospor" nəşri məlumat yayıb. Mütəxəssis çərşənbə günü Almaniyaya yola düşəcək, cümə günü isə İstanbula qayıdacaq.

O, əvvəlcə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Borussiya" (Dortmund) - PSV görüşünü seyr edəcək. S.Aybaba cümə axşamı isə "Bayer" - "Qarabağ" oyununa baxmaq üçün Leverkuzendə olacaq. pizza

"Borussiya"nın oyunçusu Marko Roys və PSV-nin futbolçusu Andre Romalyo "Beşiktaş"ın maraq dairəsindədir. Hər iki futbolçunun müqaviləsi cari mövsümün sonuna qədərdir. Roysun "Trabzonspor"a transfer oluna biləcəyi barədə də xəbərlər yayılıb.

"Bayer"in "Betis"dən icarəyə götürdüyü Borxe İqleysas və Fosu Mensah da Türkiyə klubunun diqqətini cəlb edir.

Ən əsası isə budur ki, "Beşiktaş"ın gündəmində olan oyunçuların arasında "Qarabağ"ın forvardı, "Fənərbaxça"ya da təklif olunan Juninyo da var.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" oyunu martın 14-də Leverkuzendə keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Əlavə edək ki, bu mövsümün əvvəlində "Çaveş"dən "Qarabağ"a keçmiş Juninyonun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyun ayının 30-na qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!