Türkiyənin “Beşiktaş” klubunun İdarə Heyətinin üzvü Fırat Fidan heyətdəki bəzi gənc oyunçuları ölkə xaricinə göndərmək istədiklərini bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” saytı məlumat yayıb.
Klub rəsmisi Oğuzhan Akgün, Kərəm Kalafat, Oğuzhan Aydoğan, Ərdoğan Kaya və İlkay İşlər kimi gənc oyunçuları Kosova, Bosniya və Herseqovina və Azərbaycan klublarına 1 illik icarəyə vermək istədiklərini söyləyib: Marqarita pizza
“Başda Kosova olmaqla bəzi ölkələrin klubları ilə danışıqlarımız gedir. 1 il müddətinə onların təcrübə qazanması üçün icarəyə vermək istəyirik”.
Telegram kanalımız