"Matça yaxşı başlamışdıq. İlk hissədə çox yaxşı çıxış etdik".
Yenisabah.az Milliyyet-ə istinadla xəbər verir ki, bu sözləri "Beşiktaş"ın futbolçusu Onur Bulut Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Neftçi"yə qalib gəldikləri ilk oyun (3:1) haqda danışarkən deyib.
O, komandasının 2-ci hissədəki performansından narazı qaldığını bildirib: pizza mizza
"İkinci hissədə istədiyimiz kimi oynamadıq. İstədiyimiz oyunu 90 dəqiqə ərzində oynamalıyıq. Mövsümə yeni başlamışıq. Bu, 3-cü oyunumuzdur. İnşallah, qarşıdakı görüşlərin ikinci hissəsində daha yaxşı çıxış edərik".
Matçlarda fərqli mövqelərdə də oynamağı bacaran 29 yaşlı müdafiəçi komandasının uğur qazanması üçün əlindən gələni etdiyini deyib: "Komanda üçün əlimdən gələni etməyə çalışıram. Bir neçə mövqedə oynaya bilirəm. Oyundan-oyuna inkişaf edirəm. Mən buraya sağ cinah müdafiəçisi olaraq gəlmişəm. Amma hazırda mənə başqa iş tapşırılır. Verilən tapşırıqları yerinə yetirməyə çalışıram".
Bu komandalar arasında cavab matçı avqustun 17-də İstanbulda olacaq.
Telegram kanalımız