Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının Rusiya ordusunda xidmətə cəlb edən təbliğat xarakterli flayerlərin yayılması barəsində məlumatlar dərc olunub.
Sözügedən broşuralarda Azərbaycan vətəndaşlarını iş və evlə təmin edəcəyinə söz verən qurum isə Rusiyanın Yuqra şəhər hərbi dairəsidir.
Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, sözügedən məlumat araşdırılır: “Bu barədə məlumatlıyıq, araşdırılır”. pizza sifarişi
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının ölkə xaricində digər ordularda hərbi xidmət etməsi qanunla qadağandır.
Cari ilin 17 mart tarixində Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində Rusiya Federasiyası Silahlı Qüvvələrində müqaviləli xidmətlə bağlı qaynar xətt fəaliyyətə başlayıb.
Çap olunan kütləvi kağızların üzərindəki telefon nömrəsi, eləcə də insanların hərbi xidmətə cəlb olunacağı təqdirdə verilən vədlər qeyd olunan hərbi dairənin yaydığı məlumatlarla eynilik təşkil edir.
Telegram kanalımız