Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı betontökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır. Dördpendirli pizza
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Telegram kanalımız