“Bəxtimiz gətirdi” - Xabi Alonso

saytların hazırlanması

Evə çatdırılma

“Bəxtimiz gətirdi” - Xabi Alonso

İdman

08 Mart 2024 02:20 1143


"Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi".

"Report"un məlumatına görə, bunu Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la heç-heçə (2:2) etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: "Sabahdan Bundesliqanı düşünəcəyik". pizza mizza

Alonso "Qarabağ"ın güclü kollektiv olduğunu söyləyib: "Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi".

O, "köhlən atlar"ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: "Azərbaycan futbolu deyəndə ağlıma "Qarabağ" gəlir. Onlar uzun müddət avrokuboklarda çıxış edirlər. Çempionlar Liqasında "Atletiko" ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür, Bundesliqada mübarizə apara bilərlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!