Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü - Foto

Maraqlı

11 Fevral 2023 11:42 844


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkillərdindən Zibeydə Sadıqova məlumat yayıb. Müdafiəçi qeyd edib ki, vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. 

Qeyd edək ki, ötən il dekabrın 9-da həbs edilən B.Hacıyev Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılırdı. pizza hut

Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin pis durumda olduğunu bildirir. 

Hacıyev jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə təqsirli bilinir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!