29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürmüş ictimai fəal Bəxtiyar Hacıyev seçicilərdən üzr istəyib.
Yenisabah.az xəbər verir ki, ictimai fəal seçicilərin haqqını qoruya bilmədiklərini deyib. "Ölkə daxilində seçicilərimizin səslərini, haqqını səs oğrularından qoruya bilmədik. Üzr istəyirəm", - deyə o bəyan edib.
Bəxtiyar Hacıyevin namizəd olduğu dairədən Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qalib elan edilib. Telegram kanalımız