Aktyor Cavidan Novruz bir müddət əvvəl "Fəryad 2" filmində rol alacağı ilə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, ekran işindən uzaqlaşdırılıb.
Aktyor Hikmət Rəhimov isə sözügedən ekran işinə dəvət olunub. pizza hut
Bundan əvvəl Hikmət Rəhimov "Xəzər" telekanalında yayımlanan "Ata ocağı" serialına dəvət alıb.
Bir neçə gün çəkilişlərə qatılan sənətçi film çəkilişi ilə bağlı vaxtının olmadığını bildirib.
Serialın yaradıcı heyəti aktyorla iş birliyini bitirib.
Onun yerinə isə aktyor Cavidan Novruz dəvət olunub. Amma gənc aktyorun burada da bəxti gətirməyib və o, layihədən kənarlaşdırılıb.
Cavidanın yerinə isə "Ata ocağı"na aktyor Yasin Həzirə dəvət edilib / Axsam.az
Telegram kanalımız