Bəy qaçdı, gəlin toya gələn qonaqla evləndi

saytların hazırlanması

Evə çatdırılma

Bəy qaçdı, gəlin toya gələn qonaqla evləndi

Dünya

20 May 2021 07:19 1554


Hindistanın Uttar Pradeş ştatının Kanpur şəhərində toyda qəribə hadisə yaşanıb. “Haber Global” məlumat verir ki, yerli adət-ənənəyə görə, bəy və gəlinin bir-birinə çələng verməsinin ardınca mərasim başlayır.

Lakin bəy çələngi verəndən sonra yoxa çıxıb. Hər iki ailə üzvləri onu nə qədər axtarsalar da, tapa bilməyiblər. Bundan sonra gəlinin ailəsi bu qərara gəlib ki, bəy özü qaçaraq aradan çıxıb.

Baş verən hadisədən sonra ağlayan gəlinə yaxınlaşan qonaqlardan biri təklif edib ki, gəlin mərasimdə ona uyğun kişilərdən biri ilə evlənsin. pizza sifarişi

Bu fikri bəyənən ailə bəy tərəfindən bir nəfəri seçib. Seçilən şəxsin ailəsi də razı olduqdan sonra toy davam edib.

Eyni zamanda, gəlinin ailəsi qaçan bəydən polisə şikayət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!