Beyləqan sakininin evində “Kalaşnikov” tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Beyləqan sakininin evində “Kalaşnikov” tapıldı

Kriminal

01 Noyabr 2021 13:04 673


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə Beyləqan rayonu Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd daraq, 1 ədəd süngü bıçaq, 2 ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Sezar pizza

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Zamiq Əhmədli barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!