Beyləqanda avtobus qəzaya uğradı: 10-dan çox yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda avtobus qəzaya uğradı: 10-dan çox yaralı var

Hadisə

08 Aprel 2024 11:45 972


Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb. 

İlkin məlumata görə, avtobusun aşması nəticəsində 10-dan çox yaralı var.  pizza mizza

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!