Beyləqanda avtomobil kanala düşdü: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda avtomobil kanala düşdü: Xəsarət alanlar var

Hadisə

10 Avqust 2024 16:33 640


Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki 1962-ci il təvəllüdlü Mehriban Yasəf qızı İsgəndərova "Xəzər" markalı minik avtomobilinin idarəetməsini itirərək yol kənarındakı kanala düşüb. Pepperoni pizza

Hadisə nəticəsində sürücü və onun sərnişini 1948-ci il təvəllüdlü Zəhra Murtuza qızı Həşimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!