Beyləqanda ev yandı, 2 yaşlı uşaq öldü

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda ev yandı, 2 yaşlı uşaq öldü

Hadisə

02 Yanvar 2022 14:50 552


Beyləqan rayonunun Şəfəq qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu, 2019-cu il təvəllüdlü Həsənli Əli Ruslan oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. pizza

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!